ABŞ ordusu Əfqanıstandan bu tarixdə çıxacaq

abs-ordusu-efqanistandan-bu-tarixde-cixacaq
Oxunma sayı: 1370

ABŞ Prezidenti Co Bayden Əfqanıstandakı Amerika hərbi missiyasının müddətinin başa çatacağı tarixi açıqlayıb.

“Qafqazinfo” “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, Bayden mətbuat konfransı zamanı bu missiyanın avqustun 31-də bitəcəyini bildirib.

“Əfqanıstan ordusunun “Taliban” döyüşçülərinə uğurla müqavimət göstərə biləcəyinə inanıram”, - deyə Bayden qeyd edib.

O, həmçinin vurğulayıb ki, ABŞ qoşunları ölkəni tərk etdikdən sonra Əfqanıstanı tək bir hökumətin idarə etməsi ehtimalı çox azdır.