ABŞ ordusu Münbiçi ruslara verdi

abs-ordusu-munbici-ruslara-verdi
Oxunma sayı: 3043

ABŞ hərbçiləri Suriyanın Münbiç şəhərindəki mövqelərini Rusiya Silahlı Qüvvələrinə verib.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə “Newsweek” jurnalı Pentaqonun anonim yüksək səviyyəli nümayəndəsinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, rəsmi Vaşinqtonla Moskva arasında bununla bağlı razılıq əldə olunub.

Pentaqon rəsmisi qeyd edib ki, həmin bölgədə uzun müddət olan amerikalı hərbçilər Rusiya qoşunlarının əvvəllər təhlükəsiz olmayan zonalardan sürətlə keçməsinə və Münbiçə daxil olmasına kömək ediblər.

“Əslində bu, təslim olmaqdır. Hər şey ona yönəlib ki, mümkün qədər çox inventar saxlanılsın və daşınması mümkün olmayan istənilən mühüm avadanlıq məhv edilsin”,- deyə Pentaqon rəsmisi qeyd edib.