ABŞ ordusu Suriyanın şimal-şərqindəki iki hərbi bazanı tərk edərək İraqa istiqamətlənib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “SANA” agentliyi məlumat yayıb. Bildirilir ki, hərbi texnika ilə yüklənmiş 40-dək yük maşını Xorab-Ceyr bazasından, 50-dək yük maşını isə Şəddadi şəhərindən İraqa yola düşüb.
Xatırladaq ki, yanvarın 8-nə keçən gecə İran general Qasım Süleymaninin öldürülməsinə cavab olaraq ABŞ-ın İraqdakı hərbi bazasına raket zərbələri endirib. Zərbələr nəticəsində 80 amerikalı əsgərin öldüyü deyilir.
Son xəbərlər
Son Xəbərlər