ABŞ ordusu Suriyadan nə vaxt çıxacaq? - Trampdan açıqlama

abs-ordusu-suriyadan-ne-vaxt-cixacaq
Oxunma sayı: 1608

ABŞ prezidenti Donald Tramp yaxın zamanda Suriyadakı son proseslər barədə danışıb.

“Qafqazinfo” NTV-yə istinadən xəbər verir ki, Tramp dəqiq tarix bildirməsə də yaxın zamanlarda ABŞ ordusunun Suriyadan çıxacağını bildirib.

““Xəlifəlik” deyə adlandırdıqları şeyi tamailə məhv edəcəyik. Bütün Suriyanı İŞİD-dən xilas edəcəyik”, - deyə Tramp sözlərinə əlavə edib.

Maraqlısı budur ki, ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Nauert Trampın bu açıqlaması barədə məlumatının olmadığını deyib.