“ABŞ ordusu Suriyaya girməyəcək”

abs-ordusu-suriyaya-girmeyecek
Oxunma sayı: 628

Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, Obama səfərdə olduğu Kosta-Rikada keçirdiyi mətbuat konfransında bu barədə danışıb.

"ABŞ ordusunun Suriyaya girməsini tələb edən ssenari təxmin edilmir" - deyə Obama bildirib.
O, vurğulayıb ki, ABŞ Suriyaya vətəndaşlarına qarşı kimyəvi silahdan istifadə etdiyinə görə, təqyiqlər göstərəcək. Bununla yanaşı, Obama bu məsələyə ciddi yanaşmanın olduğunu da deyib.
"Biz hər şeyi dəqiq bilmədən fəaliyyətə keçməyəcəyik" - deyə Obama əlavə edib.