“ABŞ öz istəyi ilə Suriyadan çıxmasa, yumruqla çıxararıq” - İran

abs-oz-isteyi-ile-suriyadan-cixmasa-yumruqla-cixarariq
Oxunma sayı: 2275

İranın ali dini lideri ayətulla Əli Xameneinin baş məsləhətçisi Əli Əkbər Velayeti ABŞ-la bağlı sərt çıxış edib.

“Qafqazinfo” xəbər verir ki, İran rəsmisi ABŞ-ın Suriyadakı hərbi mövcudluğu ilə bağlı “ABŞ ya öz istəyi ilə buradan çıxar, ya da yumruqla çıxararıq” sözlərini işlədib. 

Velayeti ABŞ-ın Suriyanı bölməyə çalışdığını, lakin bunu bacarmadığını deyib: “ABŞ İraqı bölə bilmədiyi kimi Suriyanı da bölə bilməyəcək. Fıratın şərqinə yerləşən ABŞ gec-tez buradan çıxacaq. Ya öz xoşu ilə, ya da boynunun arxasından aldığı yumruqla buradan çıxararıq”. 

ABŞ-ın terror təşkilatı İŞİD-i Əfqanıstan torpaqlarına yerləşdirməyə çalışdığını irəli sürən Velayeti “buna göz yumsaq 900 kilometrlik sərhəd xəttimiz təhlükəyə girər. Buna izn verə bilmərik” deyə açıqlama verib.