ABŞ öz vətəndaşlarını dərhal Rusiyanı tərk etməyə çağırdı

ABŞ öz vətəndaşlarını dərhal Rusiyanı tərk etməyə çağırdı
Oxunma sayı: 2121

ABŞ-ın Moskvadakı səfirliyi öz vətəndaşlarını dərhal Rusiyanı tərk etməyə çağırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Rusiyadakı diplomatik missiyası yayıb.

“ABŞ vətəndaşları Rusiyaya səfər etməkdən çəkinməlidir. Rusiyada yaşayanlar və yaxud bu ölkədə səfərdə olanlar isə kommersiya səfərləri üçün hələ ki məhdud imkanlar varkən dərhal Rusiyanı tərk etməlidir”, - deyə məlumatda qeyd olunub.

Bildirilib ki, sözügedən qərar Rusiya tərəfinin ABŞ vətəndaşları üçün ikili vətəndaşlığın tanınmasından imtina etməsi, onların Rusiyadan çıxışına icazə verilməməsi və hərbi xidmətə çağırılmaları ilə bağlı risklərə görə verilib.