ABŞ Pekin Olimpiya Oyunlarını diplomatik boykot etdi

abs-pekin-olimpiya-oyunlarini-diplomatik-boykot-etdi
Oxunma sayı: 1804

ABŞ Çində keçiriləcək Olimpiya Oyunlarını diplomatik şəkildə boykot etdiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Cen Psaki bildirib.

O qeyd edib ki, buna baxmayaraq, amerikalı idmançılar oyunlarda iştirak edəcək.

“Co Bayden administrasiyası 2022-ci ildə Pekində keçiriləcək Qış Olimpiya və Paralimpiya Oyunlarına heç bir diplomatik və ya rəsmi şəxsi göndərməyəcək”, - ABŞ prezidentinin sözçüsü bildirib.

Psaki bildirib ki, buna səbəb Çinin Sincanda törətdiyi insanlığa qarşı cinayətlər və digər insan haqları pozuntularıdır.

Qeyd edək ki, Pekin Qış Olimpiya Oyunları 2022-ci il fevralın 4-dən 20-dək Çinin paytaxtı Pekində keçiriləcək.