ABŞ Rusiya Dövlət Dumasının 12 deputatına, həmçinin, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun həyat yoldaşına və övladlarına qarşı sanksiyalar tətbiq edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays keçirdiyi brifinqdə bildirib.
N.Prays Vaşinqtonun hansı məhdudiyyətləri tətbiq etdiyini açıqlamayıb.
Qeyd edək ki, D.Peskov fiqurlu konkisürmə üzrə Olimpiya çempionu Tatyana Navka ilə evlidir.
Son xəbərlər
Son Xəbərlər