ABŞ polisi Bredli Kuperin bənzəri olan oğrunu axtarır - Foto

abs-polisi-bredli-kuperin-benzeri-olan-ogrunu-axtarir
Oxunma sayı: 1123

Corciya (ABŞ) polisi tviterdə oğurluqda ittiham olunan şəxsin fotosunu paylaşıb.

“Qafqazinfo” xəbər verir ki, oğrunun Hollivud aktyoru Bredli Kuperlə bənzərliyi sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib.

Onlar fotolara “Çətin dövrün gəldiyinə dair sübut. Hətta Bredli Kuper də oğurluq edir”, “Vaxt var idi Bredli Kuper daha yaxşı görünürdü”, “Bredli Kuper filmə görə kökəlib”, - deyə zarafatyana şərhlər yazıblar.

Polisdən verilən məlumata görə, axtarılan şəxs Henri dairəsində təsərrüfat malları mağazalarının birindən oğurluq edib.