ABŞ-ın Texas ştatında polis əməkdaşı 15 yaşlı qaradərili yeniyetməni güllələyib.
“Qafqazinfo” “Dünya bülleteni”nə istinadən xəbər verir ki, həmin yeniyetmə dostları ilə birlikdə avtomobildə olan zaman polis əməkdaşı spirtli içki yoxlanışı aparmaq istəyib.
Lakin təhlükə törətdiyi iddiası ilə polis bir anda silahını çıxararaq yeniyetməni qətlə yetirib.
Hadisədən sonra həmin polis saxlanılıb.
Qeyd edək ki, bu, ABŞ-da polislərin qaradərililərə qarşı ilk cinayəti deyil. Bundan öncə dəfələrlə buna bənzər hadisələr baş verib.
ABŞ-ın müxtəlif şəhərlərində kütləvi etiraz aksiyaları keçirilməsinə baxmayaraq, cinayətkar polislərin çoxu cəzasız qalıb.
Son xəbərlər
Son Xəbərlər