ABŞ Prezidenti daşqında 37 nəfərin öldüyü Kentukkiyə getdi

abs-prezidenti-dasqinda-37-neferin-olduyu-kentukkiye-getdi
Oxunma sayı: 1083

ABŞ Prezidenti Co Bayden daşqın zamanı 37 nəfərin həlak olduğu Kentukki ştatına səfər edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, birinci xanımla səfər edən Baydeni ştatın qubernatoru Endi Beşir və həyat yoldaşı qarşılayıb. Bayden federal hökumətə əyalətdəki dağıntıların aradan qaldırılmasını və digər fövqəladə tədbirlərin bütün xərclərini ödəməsini tapşırıb.

Həmçinin Prezident daşqın zamanı zərər çəkmiş ailələrlə görüşüb.