ABŞ qırıcıları Kanada üzərində naməlum obyekti vurdu - Video

abs-qiricilari-kanada-uzerinde-namelum-obyekti-vurdu
Oxunma sayı: 4371

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “F-16” qırıcıları Kanada ilə sərhəddə uçan naməlum obyekt vurublar.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Pentaqonun mətbuat katibi general Pet Rayder açıqlayıb.

Onun sözlərinə görə, sözügedən obyekt ölkə Prezidenti Co Baydenin göstərişinə əsasən Huron gölü üzərində vurulub.

Rayder qeyd edib ki, obyekt yerdə hər hansı məkana qarşı hərbi təhlükə daşımasa da, uçuşların təhlükəsizliyinə təhdid yaradıb.

Pentaqonun məlumatına görə, hazırda mütəxəssislər obyektin qalıqlarını toplayaraq daha ətraflı məlumat öyrənməyə çalışacaqlar. 

Məlumata görə, vurulan bu obyekt fevralın əvvəlindən Şimali Amerikanın hava məkanında vurulan 4-cü obyekt olub. Hələ ki birinci obyektin Çinin kəşfiyyat hava şarı olduğu məlumdur. Digər obyektlərin isə nə olduğu hələ ki məlum deyil.