ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Əfqanıstanın Kunduz viləyətinə hava zərbələri endirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Hücum zamanı məktəb, yaşayış binası və 13 mağaza dağılıb. Zərbələrə şənbə endirildiyi üçün məktəbdə insan olmayıb. Lakin qəlpələr yaxınlıqda yerlərşən evlərə dəyib, 3 uşaq yaralanıb.
Koalisiya qırıcıları bölgədə olan Taliban qruplaşmasının mövqelərinə zərbələr endiriblər. Hazırda əyalətin özündə təhlükəsizlik qüvvələri ilə terrorçular arasında döyüşlər gedir.
Qeyd edək ki, koalisiya qüvvələrindən insidentlə bağlı şərh verməyiblər.
Son xəbərlər
Son Xəbərlər