ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Northrop F-5” qırıcısı təlim uçuşu zamanı qəzaya uğrayıb.
“Qafqazinfo” “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Hərbi Hava Qüvvələrinin açıqlama yayıb.
İnsident Florida ştatı sahillərində yerli vaxtla saat 12:40-da baş verib. Qırıcının təlim uçuşu zamanı okeana düşdüyü açıqlanıb.
Pilot vaxtında katapultdan istifadə edib. O, sahil mühafizə xidmətinin əməkdaşları tərəfindən xilas edilib. Daha sonra xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Son xəbərlər
Son Xəbərlər