ABŞ qırıcısı qəzaya uğradı

abs-qiricisi-qezaya-ugradi
Oxunma sayı: 988

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus F/A-18 qırıcısı qəzaya uğrayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Hərbi Dəniz Qüvvələrinin mətbuat xidmətinin nümayəndəsi məlumat yayıb.

Məlumata əsasən, insident Florida ştatının sahillərində qeydə alınıb. Ekipaj üzvləri vaxtında katapultdan istifadə edib. Hazırda onları axtarışı aparılır.