ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-15 qırıcısı Yaponiyanın Okinava adası sahillərində qəzaya uğrayıb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, təlim uçuşu həyata keçirən təyyarə havaya qalxdıqdan qısa müddət sonra adanın cənubunda dənizə düşüb.
Pilot vaxtında katapult edərək sağ qala bilib və yapon hərbçiləri tərəfindən xilas edilib.
İnsidentlə bağlı Yaponiya müdafiə naziri ABŞ-dan uçuşların təhlükəsizliyinin hərtərəfli təminatını tələb edib. Belə ki, bu, Okinavada qəzaya uğrayan ilk ABŞ qırıcısı deyil.
Bundan başqa, Okinava qubernatorunun müavini bəyan edib ki, baş verən insidentlə bağlı qəzəblidir və ABŞ komandanlığına bununla bağlı etirazını bəyan edəcək.
Son xəbərlər
Son Xəbərlər