“ABŞ-ın Fələstinlə əlaqələrində rol oynayan Qüdsdəki konsulluğumuz yenidən açılacaq”.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Fələstində səfərdə olarkən deyib.
O, Bayden administrasiyasının Konqresdən fələstinlilər üçün 75 milyon dollarlıq yardım tələb edəcəyini dilə gətirib.
Blinken ABŞ-ın Qəzzaya təcili yardım olaraq 5,5 milyon dollar kömək edəcəyini və BMT Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İctimai İşlər Agentliyinə 32 milyon dollar verəcəyini bildirib.
Son xəbərlər
Son Xəbərlər