Səkkiz rusiyalı fiziki şəxs və bir şirkət ABŞ-ın sanksiya siyahısına salınıb.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir. Bildirilir ki, Sevastopolun qubernatoru vəzifəsini icra edən Mixail Razvojayev, şəhər qanunverici məclisinin spikeri Vladimir Nemtsev və Sevastopol senator Yekaterina Altabayevanın adı “qara siyahı”ya salınıb.
Krıma dəmir yolu ilə sərnişin daşıyan “Grand Express Service” operator şirkətinə də məhdudiyyətlər qoyulub.
Son xəbərlər
Son Xəbərlər