“Vaşinqton Moskva ilə münasibətlərdə gərginliyi azaltmağa çalışır”.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.
“Düşünürük ki, Rusiyanı qəbuledilməz hərəkətlərinə görə məsuliyyətə dəvət etmək lazım idi. Bu məqsədlə ABŞ-ın məqsədi münasibətlərdəki gərginliyi azaltmaq, narahatlığımız olarsa, birbaşa demək, lazım gələrsə tədbirlər görməkdir”, - deyə Psaki qeyd edib.
O bildirib ki, ABŞ sanksiyaları Rusiya ilə münasibətlərin yenidən qurulmasında yeganə vasitə hesab etmir və onların təsirliliyini qiymətləndirməyi düşünmür.
Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden aprelin 15-də Rusiyaya qarşı sanksiyalar tətbiq edilməsi haqda fərman verib. Bundan başqa, Rusiyanın 10 diplomatı Amerikadan deportasiya edilib.
Son xəbərlər
Son Xəbərlər