“ABŞ Rusiya ilə iqtisadi müharibə aparır”

abs-rusiya-ile-iqtisadi-muharibe-aparir
Oxunma sayı: 2074

“ABŞ faktiki olaraq Rusiya ilə iqtisadi müharibə aparır”.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“ABŞ sözsüz ki, Rusiyaya iqtisadi müharibə elan edib və bu müharibəni həyata keçirirlər. Dünyanın enerji bazarlarında vəziyyət təlatümlü şəkildə inkişaf edir və vəziyyətin hansı təlatüm səviyyəsinə çatacağı məlum deyil”, - deyə Peskov əlavə edib.