“ABŞ Rusiya ilə konsulluq əməkdaşlığını özü pozdu”

abs-rusiya-ile-konsulluq-emekdasligini-ozu-pozdu
Oxunma sayı: 2050

“ABŞ Rusiya ilə konsulluq əməkdaşlığını özü müstəqil şəkildə pozdu”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Sputnik”ə açıqlamasında deyib.

O, ABŞ-ın Moskva səfirliyinin konsulluq xidmətlərini azaldacağından danışıb:

“Son illərdə ABŞ konsulluq sahəsində yalnız rüsvayçılıqla çalışmaqla kifayətlənmədi, öz konsulluq xidmətlərini də pozdu. Bunu təkcə özləri etdi, amma bu müddətdə də Rusiyanın qəbul etdiyi bəzi təsir vasitələrinin arxasında gizləndilər. Bu, doğru deyil”.

Zaxarova bildirib ki, Moskva Vaşinqtonu konsulluq əməkdaşlarının sayını azaltmağa məcbur etmir:

“Xüsusən konsulluq sahəsində diplomat sayını azaltmaq Vaşinqtonun qərarı idi. ABŞ-ın viza verilməsi sistemi üz-üzə müsahibələr və uzun gözləmə müddətləri səbəbindən çox ibtidaidir.

Rusiya ABŞ-dakı səfirlikdə işləyənlərin deportasiya edilməsinə baxmayaraq, ABŞ vətəndaşlarına 7-10 gün içində viza verməyə davam edir”.