“ABŞ-Rusiya münasibətlərinin yenidən başlanmasına ehtiyac var”

abs-rusiya-munasibetlerinin-yeniden-baslanmasina-ehtiyac-var
Oxunma sayı: 1033

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Rusiya və ABŞ Prezidentləri Vladimir Putinlə Co Baydenin təklif olunan görüşünün baş tutacağına və ölkələr arasında münasibətlərin yenidən başlamasına imkan verəcəyinə ümid edir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat verib.

“Ümid edirəm ki, dövlət başçılarının təklif olunan görüşü baş tutacaq, münasibətlərin yenidən başlanmasına ehtiyac var”,- deyə Matviyenko qeyd edib.

Xatırladaq ki, 15 apreldə ABŞ Rusiyaya qarşı 32 fiziki şəxs və qurumları əhatə edən yeni sanksiyalar tətbiq edib. Bundan əlavə, Vaşinqton Rusiya diplomatik nümayəndəliyinin 10 əməkdaşını ölkədən çıxaracağını açıqlayıb.

Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasına görə, ABŞ-ın sanksiya siyasəti iki ölkə xalqlarının maraqlarına cavab vermir.