ABŞ Rusiya şirkətlərinə tətbiq etdiyi sanksiyaları sildi

abs-rusiya-sirketlerine-tetbiq-etdiyi-sanksiyalari-sildi
Oxunma sayı: 1096

ABŞ Maliyyə Nazirliyi Rusiyanın 3 şirkətinə tətbiq etdiyi sanksiyanı geri götürüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirliyin rəsmi məlumatında yazılıb. Müəssiələrdən biri Kurqan vilayətindəki Mərkəzi İnzibati Dairə, digər şirkətlər isə “Vertikal” və “Unikom” MMC-lərdir. ABŞ həmin şirkətlərə və Rusiyanın 17 vətəndaşına qarşı sanksiyanı dekabrın 5-də tətbiq etmişdi.

Onlar kibercinayətdə ittiham olunurdular.