ABŞ rusiyalı oliqarxların 30 milyard dollarlıq aktivlərini dondurdu

abs-rusiyali-oliqarxlarin-30-milyard-dollarliq-aktivlerini-dondurdu
Oxunma sayı: 1360

ABŞ rusiyalı oliqarxların 30 milyard dollarlıq aktivlərinin dondurulduğunu açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda ABŞ Maliyyə Nazirliyi açıqlama yayıb.

Açıqlamada qeyd edilib ki, REPO İşçi Qrupunun ilk 100 günündə sanksiyaya məruz qalan rus oliqarxlarına məxsus 30 milyard dollarlıq aktivlər bloklanıb və ya dondurulub.

Rusiya Mərkəzi Bankının təxminən 300 milyard dollarlıq aktivlərinin dondurulduğu bildirilən açıqlamada, sanksiyaya məruz qalan ruslara məxsus yaxtalara və lüks daşınmaz əmlaka da həbs qoyulduğu bildirilib.