“ABŞ-ın Ədliyyə Nazirliyi rusiyalı oliqarxların cinayət əməllərini araşdırmaq üçün xüsusi işçi qrupu yaradır”.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Nümayəndələr palatası və Senat qarşısında çıxışı zamanı deyib.
“Biz Rusiyanın texnologiyaya çıxışını kəsirik ki, bu da onların iqtisadiyyatını və ordusunu zəiflədəcək. Bu gün mən hakimiyyətdən milyonlarla dollar vəsait əldə edən rus oliqarxlara və korrupsioner liderlərə səslənirəm. Bəsdir! Biz yaxtalarınızı, lüks mənzillərinizi, şəxsi təyyarələrinizi geri almaq üçün avropalı müttəfiqlərimizlə güclərimizi birləşdiririk. Biz sizin qeyri-qanuni yolla qazandığınız sərvətləri araşdıracağıq”, - deyə Bayden söyləyib.
Həmçinin oxuyun: Müharibəyə “yox” deyən oliqarxlar arasında Putinin dostu da var
Son xəbərlər
Son Xəbərlər