ABŞ Rusiyanı yeni sanksiyalarla hədələdi

ABŞ Rusiyanı yeni sanksiyalarla hədələdi
Oxunma sayı: 607

ABŞ Ukraynanın bir sıra regionlarının Rusiyaya daxil olmasını tanımayacaq və hadisələrin bu cür inkişafında rəsmi Moskvaya qarşı əlavə sanksiyalar tətbiq etməklə cavab verəcək.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə ABŞ Administrasiyasının yüksəkrütbəli rəsmisi bildirib.

“ABŞ işğal olunan ərazilərini qaytarmaq və əlində saxlamaq üçün Ukraynaya hərbi yardımı davam etdirəcək. Rusiya birtərəfli qaydada Ukrayna ərazilərini ilhaq etməyə cəhd etsə, münaqişənin diplomatik yolla həlli perspektivlərini çətinləşdirəcək”, - deyə Ağ Ev nümayəndəsi qeyd edib.