ABŞ Rusiyanın 3 şirkətinə sanksiya tətbiq etdi

abs-rusiyanin-3-sirketine-sanksiya-tetbiq-etdi
Oxunma sayı: 1079

ABŞ Dövlət Departamenti Rusiyanın 3 şirkətinə qarşı sanksiya tətbiq edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, məhdudiyyətlər tətbiq olunan şirkətlər “Kumertau Aviasiya İstehsalat Müəssisəsi”, hərbi-sənaye korporasiyası “Maşınqayırma Elmi-İstehsalat Birliyi”, “Alətlər Dizayn Bürosu”dur.

Rəsmi Vaşinqton adıçəkilən şirkətlərin İran, Şimali Koreya və Suriyada kütləvi qırğın silahlarının yayılmaması ilə bağlı Amerika qanunvericiliyini pozduqlarını iddia edib.

Tətbiq edilən sanksiyalar fevralın 3-dən qüvvəyə minib və iki il davam edəcək.