ABŞ Rusiyaya qarşı sanksiyaları bu şərtlə ləğv edəcək

abs-rusiyaya-qarsi-sanksiyalari-bu-sertle-legv-edecek
Oxunma sayı: 7674

Rusiyanın Ukraynada həyata keçirdiyi xüsusi əməliyyatın dayandırılması, eləcə də respublikanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinin bərpası halında Rusiya Federasiyasına qarşı bir çox sanksiyalar aradan qaldırılacaq.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yüksək rütbəli nümayəndəsi bildirib.

O, məhdudiyyətlərin aradan qaldırılması şərtləri ilə bağlı sualı cavablandırarkən deyib:

“Sadəcə deyərdim ki, sanksiyalar daimi xarakter daşımır. Rusiyanın hərbi əməliyyatı dayandırıldıqdan, Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü bərpa edildikdən sonra, ümid edirik ki, istifadə etdiyimiz bir çox alətlərdən istifadəni dayandıracağıq”.