ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirə bilər

abs-rusiyaya-qarsi-sanksiyalari-genislendire-biler
Oxunma sayı: 766

ABŞ Nümayəndələr Palatasının xarici işlər üzrə Komitəsi Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini nəzərdə tutan qanun layihəsini dəstəkləyib.

Qafqazinfo”nun APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə qurumun məlumatında bildirilir.

“Komitə Ukraynada sabitlik və demokratiya haqqında qanun layihəsi qəbul edib. Sənəd Rusiyanın Ukraynaya qarşı təcavüzünün dayandırılmasını və demokratik islahatların keçirilməsinə Ukraynaya yardım göstərilməsini nəzərdə tutur”, - deyə məlumatda qeyd olunur.