ABŞ Rusiyaya qarşı sanksiyanı uzatdı

abs-rusiyaya-qarsi-sanksiyani-uzatdi
Oxunma sayı: 792

ABŞ prezidenti Barak Obama Ukrayna məsələri səbəbindən 2014-cü ildən tətbiq edilən Rusiya qarşı sanksiyaların müddətini 1 il daha uzadıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

 “Bu fərmanda göstərilən hərəkətlər və siyasət indiyədək davam etdirilərək, ABŞ-ın milli təhlükəsizliyinə və xarici siyasətinə böyük təhlükə yaratmaqdadır”,- deyə bildirilir.

 Qeyd edək ki, ABŞ prezidenti Barak Obama Avropa liderləri ilə Ukraynanın şərqindəki və Suriyadakı vəziyyətlə əlaqədar Rusiya əleyhinə sanksiyaların uzadılması barədə də razılığa gəlib.