ABŞ Rusiyaya qarşı yeni sanksiyalara hazırlaşır

abs-rusiyaya-qarsi-yeni-sanksiyalara-hazirlasir
Oxunma sayı: 732

Amerikanın Demokratlar partiyasından olan senatorlar və respublikaçılar Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsini nəzərdə tutan qanun layihəsi üzərində işləyirlər.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, sanksiyalar “ABŞ-da seçkilərə müdaxilə”, “Suriyaya zərərli təsir”, “Ukraynaya təcavüz”, Kerç boğazı məsələlərinə görə nəzərdə tutulur.

Qanun layihəsi seçkilərə müdaxilədə ittiham olunan Rusiya banklarına, bir sıra layihələrə, Federal Təhlükəsizlik Xidmətinin (FTX) 24 agentinə tətbiq ediləcək.