ABŞ Rusiyaya qarşı yeni sanksiyaya hazırlaşır - Sərt qadağalar var

abs-rusiyaya-qarsi-yeni-sanksiyaya-hazirlasir
Oxunma sayı: 1365

Ötən il keçmiş rus agent Sergey Skripalın Böyük Britaniyada zəhərlənməsi ilə bağlı ABŞ Rusiyaya qarşı növbəti sanksiya paketini qüvvəyə salmaq istəyir.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, yeni paketdə 6 maddə yer alıb:

- Diplomatik münasibətlərin səviyyəsinin endirilməsi

- Rusiyanın ABŞ banklarından kredit almasına qadağa qoyulması

- Beynəlxalq kredit təşkilatlarında Rusiya üçün məhdudiyyətlər tətbiq edilməsi

- Rusiyanın ərzaq və kənd təsərrüfatından başqa məhsul ixracına qadağa qoyulması

- İdxalın qadağan edilməsi

- Rusiyadan ABŞ-a təyyarə reyslərinə qadağa qoyulması.

ABŞ Dövlət Departamenti və Xəzinə Nazirliyi Rusiyanın Skripalın zəhərləndiyi hadisədə “Kimyəvi və bioloji silahların nəzarətinə dair qanun”un şərtlərini yerinə yetirmədiyini iddia edib. Bu səbəbdən təklif edilən sanksiya paketindən ən azı üçünün qüvvəyə minəcəyi bildirilir.

Qeyd edək ki, Rusiyaya qarşı sanksiyaların birinci mərhələsi ötən il 27 avqustda başlayıb.