ABŞ sahillərində güclü zəlzələ

abs-sahillerinde-guclu-zelzele
Oxunma sayı: 1045

ABŞ-ın Alyaska ştatının sahillərində 6,3 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə “Qafqazinfo” TASS-a istinadən xəbər verir.

Yeraltı təkanların episentri Unalaşka şəhərindən 87 kilometr şimalda, ocağı isə 3 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb, sunami xəbərdarlığı edilməyib.