ABŞ səfiri Asim Mollazadə ilə görüşdü

abs-sefiri-asim-mollazade-ile-gorusdu
Oxunma sayı: 1215

ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta Demokratik İslahatlar Partiyasının qonağı olub. 

“Qafqazinfo”ya daxil olan məlumata görə, səfirlə DİP sədri Asim Mollazadənin görüşündə ABŞ-Azərbaycan əlaqələri, regiondakı ictimai-siyasi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolları, Azərbaycandakı seçkiqabağı durum müzakirə edilib. Asim Mollazadə səfirə partiyanın fəaliyyəti və seçkilərdə iştirakı ilə bağlı ətraflı məlumat verib. Görüşdə ABŞ səfirinin siyasi işlər üzrə müşaviri Syuzan Çesli də iştirak edib.