Banqladeşin paytaxtı Dəkkədə ABŞ səfiri Marş Berniketin avtomobili silahlı şəxslərin hücumuna məruz qalıb.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə Amerika səfirliyi məlumat yayıb. Bildirilir ki, silahlılar motosikletlərdə olublar.
Səfirlə cangüdənləri xəsarət almayıblar. “Səfir, sürücüləri və mühafizə xidmətinin əməkdaşları xəsarət almayıblar. Ancaq səfirliyin 2 avtomobilinə ziyan dəyib”, - deyə bəyanatda qeyd olunur.
Son xəbərlər
Son Xəbərlər