ABŞ səfiri azərbaycanlı tələbələrə çağırış etdi

abs-sefiri-azerbaycanli-telebelere-cagiris-etdi
Oxunma sayı: 3785

Birləşmiş Ştatların Azərbaycandakı səfiri Örl Litzenberg azərbaycanlı tələbələri ABŞ-da təhsil almağa çağırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə səfir ABŞ və Azərbaycan arasında diplomatik münasibətlərin 30-cu ildönümü ilə bağlı təşkil olunan “Açıq Qapılar Günü”ndə bildirib.

“Səfirlikdə çalışan hər kəsin adından sizə karyeralarınız və həyatlarınız üçün ən yaxşısını arzulayır və ümid edirik ki, gələcəkdə ABŞ-da təhsil alacaq və ya oraya səfər edəcək, hətta ABŞ səfirliyi komandasına qoşulacaqsınız. Bilirəm ki, siz Azərbaycanın gələcəyində çox mühüm rol oynayacaqsınız”, - deyə səfir qeyd edib.