Ermənistanın müdafiə naziri David Tonoyan ABŞ-ın ölkədəki səfiri Riçard Mills və Amerikanın yeni təyin olunmuş hərbi attaşesi Ceyms Tomsonu qəbul edib.
“Qafqazinfo” Ermənistan mətbuatına istinadən xəbər verir ki, tərəflər müdafiə sahəsində Ermənistan-Amerika əməkdaşlığı və regional təhlükəsizlik məsələsini müzakirə ediblər.
Amerika tərəfinin xahişi ilə Tonoyan Naxçıvan istiqamətində Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə məlumat verib.
Son xəbərlər
Son Xəbərlər