ABŞ səfiri insan alverindən danışdı

abs-sefiri-insan-alverinden-danisdi
Oxunma sayı: 688


“Qafqazinfo” xəbər verir ki, Turan-ın xəbərinə görə, R.Morninqstar hökuməti, vətəndaş cəmiyyətini, beynəlxalq təşkilatları birgə çalışmağa çağırıb. “Insan alverçilərinə qarşı böyükmiqyaslı müştərək cəza kampaniyaları, insan alveri qurbanlarının müdafiə olunması və zəif təbəqənin istismar olunmasının qarşısının alınması ümumbəşəri bəla olan insan alverinə qarşı mübarizə aparmağın ən səmərəli yoludur”, - o qeyd edib.

Səfir deyib ki, ötən illər ərzində Azərbaycan hökuməti insan alverinə dair cinayət işlərinin hüquqi çərçivəsini daha da genişləndirmək və gücləndirmək istiqamətində mühüm səylər göstərib: “Eyni zamanda qurbanların reabilitasiyası və sosial reinteqrasiyasına kömək naminə mövcud xidmətlərin artırılması məqsədi ilə hökumət QHT sektorundan olan tərəfdaşlarla münasibətlər qurub”.

Onun sözlərinə görə, ABŞ insan alverinə qarşı mübarizə üzrə Azərbaycandan olan tərəfdaşları ilə birgə işləyərək hüquq- mühafizə və qanunvericilik təlimləri keçirib, rəsmi nümayəndələrin və QHT təmsilçilərinin tanışlıq səfərlərini maliyyələşdirib, eləcə də insan alveri qurbanları üçün sığınacaqların fəaliyyətinə maddi dəstək verib. “ABŞ cinsi istismar və məcburi əməyə qarşı mübarizə aparmaq üçün Azərbaycanla birgə işləməyə sadiqdir”.

Səfir Morniqstar deyib ki, “müasir dövrün köləliyinə son qoymaq və beləliklə ölkədəki kişi, qadın və uşaqların ləyaqətini təmin etmək üçün birgə işləməliyik”.