ABŞ-ın Azərbaycandakı Səfiri Li Litzenberqer Bakının Yeni Ramana qəsəbəsində məcburi köçkünlər üçün iftar tədbirinə ev sahibliyi edib.
"Qafqazinfo" səfirliyə istinadən xəbər verir ki, iftar süfrəsinə Şuşa rayon Malibəyli kənd məktəbində Səfirlik tərəfindən dəstəklənən ingilis dili proqramında iştirak edən uşaqların ailələri də iştirak edib.
Səfir Litzenberqer öz çıxışında qeyd edib: "Tolerantlıq il boyu vacibdir, lakin Ramazan ayı ərzində bu və digər dəyərləri öz həyatımıza və uşaqlarımızın həyatlarına necə daxil edəcəyimiz barədə düşünmək xüsusi əhəmiyyət kəsb edir".


Son xəbərlər
Son Xəbərlər