ABŞ səfiri Rusiya XİN-ə çağırıldı

abs-sefiri-rusiya-xin-e-cagirildi
Oxunma sayı: 1276

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ-ın Moskvadakı səfiri Con Sallivan ilə diplomatik nümayəndəliyin sosial şəbəkələrindəki qanunsuz etirazlarla əlaqədar paylaşımları ilə bağlı söhbət edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlama verib. O qeyd edib ki, 23 yanvarda Rusiyanın bəzi şəhərlərində təşkil edilmiş icazəsiz mitinqlərin dəstəklənməsi ilə bağlı ABŞ tərəfinə sərt etiraz bəyan edilib.

“Rusiya bu materialları və ABŞ Dövlət Departamentinin açıqlamasını ölkənin daxili işlərinə birbaşa müdaxilə kimi qiymətləndirir”, - deyə Zaxarova vurğulayıb.

XİN rəsmisi Moskvanın Vaşinqtonu Rusiya qanunlarına tabe olmağa çağırdığını bəyan edib.