ABŞ səfiri Rusiya XİN-ə çağırıldı

abs-sefiri-rusiya-xin-e-cagirildi
Oxunma sayı: 3271

ABŞ-ın Moskvadakı səfiri Con Sallivan Rusiyanın Xarici İşlər Nazirliyinə gedib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, burada səfirə təhlükəsizlik zəmanətləri üzrə danışıqlar çərçivəsində Rusiyanın ABŞ-ın məktubuna cavabı təqdim ediləcəyi təxmin edilir.

Rusiyanın XİN başçısı Sergey Lavrov daha əvvəl bildirib ki, Moskva sənədi Vaşinqtona verdikdən bir neçə saat sonra təhlükəsizlik zəmanətləri ilə bağlı ABŞ-a öz cavabını bildirəcək.