ABŞ səfiri Rusiya XİN-ə çağırıldı

abs-sefiri-rusiya-xin-e-cagirildi
Oxunma sayı: 2254

ABŞ-nin Moskvadakı səfiri Linn Treysi Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN yayıb.

Buna səbəb olaraq isə, ABŞ-nin Ukraynadakı hərbi fəaliyyətlərə cəlb olunması göstərilib.

Xatırladaq ki, Linn Treysi bir müddət əvvəl ABŞ-nin Rusiyadakı səfiri təyin edilib. O, bundan əvvəl ölkənin Ermənistandakı səfiri vəzifəsində çalışıb.