ABŞ səfiri Rüstəmxanlı ilə görüşdü

abs-sefiri-rustemxanli-ile-gorusdu
Oxunma sayı: 1150

Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Qərargahında partiya sədri, millət vəkili Sabir Rüstəmxanlı ABŞ-ın Azərbaycandakı səfiri Robert Frenses Sekuta ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Azərbaycanda ictimai-siyasi vəziyyət, Qarabağ münaqişəsi, noyabr ayında keçiriləcək parlament seçkiləri, insan haqları və Azərbaycan-ABŞ münasibətləri müzakirə edilib. Eyni zamanda səfirə VHP-nin fəaliyyəti və seçkilərə qatılması, seçki hazırlığı barədə məlumat verilib.