ABŞ səfiri Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etdi - Foto

abs-sefiri-veten-muharibesi-sehidlerinin-xatiresini-yad-etdi
Oxunma sayı: 1415

ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger Vətən müharibəsində şəhid olanların xatirəsini ehtiramla yad edib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin tvitter səhifəsində paylaşım edilib.

"Ötən il və illər ərzində Qarabağ münaqişəsində ölən və yaralananların ailələrinə dərin hüznlə başsağlığı veririk", - paylaşımda deyilir.