ABŞ səfirindən Rusiyanın cavab sanksiyalarına reaksiya

abs-sefirinden-rusiyanin-cavab-sanksiyalarina-reaksiya
Oxunma sayı: 2372

ABŞ səfirliyi Amerikanın sanksiyalarına Moskvanın cavab tədbirlərini öyrənir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə diplomatik missiyanın rəhbəri Con Sallivanın “RİA Novosti”yə daxil olmuş bəyanatında deyilir.

Vurğulanır ki, diplomatlar Rusiya XİN-in saytında dərc olunmuş məlumatla tanış olub və Vaşinqtonla məsləhətləşirlər.

“Biz hələlik Rusiya hökumətinin ABŞ-ın Rusiyadakı diplomatik missiyası ilə bağlı hərəkətləri barədə diplomatik məktublar almamışıq”, - Sallivan qeyd edib.

Cümə günü axşam Rusiya XİN Amerikanın sanksiyalarına cavab olaraq, Moskvanın gördüyü tədbirlərin siyahısını açıqlayıb.

ABŞ səfirinə məsləhətləşmək üçün Vaşinqtona getmək tövsiyə olunub.