ABŞ səfirinin müavini Rusiya XİN-ə çağırıldı

abs-sefirinin-muavini-rusiya-xin-e-cagirildi
Oxunma sayı: 1082

ABŞ səfirinin müavini Bartle Qorman Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Xatırladaq ki, aprelin 16-sı Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvanın ABŞ-ın Rusiyadakı səfiri Con Sallivana “Vaşinqotona getməyi və orada ətraflı, ciddi məsləhətləşmələr aparmağı” tövsiyə etdiyini açıqlamışdı.

Diplomat daha sonra “RİA Novosti”yə Prezident Bayden administrasiyasındakı yeni həmkarları ilə məsləhətləşmələr aparmaq üçün Vaşinqtona getməyi planlaşdırdığını təsdiqləmişdi. ABŞ səfirinin Rusiya və ABŞ dövlət başçılarının mümkün görüşündən əvvəl Moskvaya dönəcəyi gözlənilir.

Rusiyanın Vaşinqtondakı səfiri Anatoliy Antonov isə martın sonundan etibarən məsləhətləşmələr üçün Moskvadadır.