ABŞ səfirliyi 2,4 milyon məsələsilə bağlı bəyanat yaydı

abs-sefirliyi-24-milyon-meselesile-bagli-beyanat-yaydi
Oxunma sayı: 934


“Qafqazinfo”nun xəbərinə görə, səfirlikdən bildirilib ki, bu bəyanatın məqsədi son vaxtlar USAİD-in qrant proqramı ilə bağlı mətbuatda müşahidə olunan yanlış hesabatlara və anlaşılmazlıqlara aydınlıq gətirməkdir.

“Təkliflərlə müraciət prosesində habelə təkliflərin toplanmasında heç bir qeyri-nizamilik və ya uyğunsuzluq yer almayıb. Dünyada qəbul olunmuş bütün standart prosedurlara riayət olunub və sözügedən proses tam ədalətli və şəffaf olub.

Azərbaycan Mətbuatına Dəstək Fəaliyyəti proqramı barədə ictimaiyyətə 2014-cü il may ayının 21-də məlumat verilib. Standart prosedura uyğun olaraq qrant barədə məlumat www.grants.gov saytında və USAİD-in Azərbaycandakı “Facebook” səhifəsində elan olunub. Proqram barədə məlumat iyunun 10-da USAİD-in Azərbaycandakı veb səhifəsində də yerləşdirilib.

Təkliflərin qəbulu vaxtı 2014-cü ilin may ayının 21-dən iyulun 7-ə kimi olub”, - deyə səfirliyin bəyanatında bildirilir.