ABŞ səfirliyi gündəlik viza xidmətlərini bərpa edir

abs-sefirliyi-gundelik-viza-xidmetlerini-berpa-edir
Oxunma sayı: 1823

ABŞ səfirliyi və konsulluqları gündəlik viza xidmətlərini mərhələli şəkildə bərpa etməyə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin rəsmi “Facebook” hesabı məlumat yayıb.

“Tələbə vizalarına böyük üstünlük verilir və həm işçilərimizin həm də müştərilərimizin sağlamlığını qorumaq şərtilə tələbə vizası üçün müraciət edənlərə vaxtında kömək etmək üçün hər cür səy göstərəcəyik. Viza prosesinin bərpasına dair vaxtında məlumat almaq üçün bizim Facebook səhifəmizi izləyin”,- deyə məlumatda qeyd olunub.