ABŞ-nin ölkəmizdəki səfirliyi ABŞ və Azərbaycan arasında diplomatik münasibətlərin 30-cu ildönümünü qeyd etmək üçün Açıq Qapı Günü keçirib.
"Qafqazinfo" xəbər verir ki, tədbirdə azərbaycanlı universitet tələbələri və media nümayəndələri iştirak edib.
Səfirliyin Açıq Qapı Günündə səfirliyin əməkdaşlarının təşkilatçılığı ilə ABŞ-Azərbaycan arasında olmuş əməkdaşlığı və onun gələcək imkanları və missiya prioritetlərini vurğulayan sərgi yer alıb.
Qonaqlar səfir Litzenberqer və səfirliyin digər əməkdaşları ilə görüşüb, ABŞ hökumətinin mübadilə proqramları və xaricdə təhsil üçün digər imkanlar, habelə səfirliyin Bakıda və Azərbaycanın digər altı şəhərində fəaliyyət göstərən Amerika Guşələri şəbəkəsində mövcud olan resurslarla tanış olublar. Ziyarətçilər tələbə vizaları, iş yerləri və səfirlikdə təcrübə imkanları haqqında məlumat alıb.
Eldar Tanrıverdi
Fotolar: Müzəffər İsmayılov
Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.












Son xəbərlər
Son Xəbərlər